Azərbaycan Respublikası
Təhsil Cəmiyyəti
Məqsədimiz
Birliyin əsas məqsədi respublikada fasiləsiz təhsilin həyata keçirilməsinə, təlim-tərbiyənin daha da yüksəldilməsinə yardım göstərmək, eləcə də peşə hazırlığının inkişafına nail olmaqdan ibarətdir. Fasiləsiz təhsil və təlim-tərbiyə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək və onlara kömək etmək, əhalinin bilik və bacarıqlarının artırılmasına yardım göstərmək, bu sahədə beynəlxalq təcrübəni öyrənmək birliyin əsas vəzifələridir
LAYİHƏLƏR
Nuğay Əliyev adına Mentorluq və Təqaüd Proqramı
Proqram seçim mərhələlərindən ibarət olacaq və təqaüdü qazanacaq olan məktəblilər və tələbələrə aylıq təqaüdlər veriləcək. Təqaüd məbləği 50 AZN, tələbə/abituryent sayı ilkin olaraq 14 nəfər nəzərdə tutulub (himayəçilər artdıqca say artacaq). Seçim iki turdan ibarət olacaq: ilkin müraciət və müsahibə mərhələsi.
YENİLİKLƏR
İqtisadiyyat fakültələrinin kurikulumu barədə
İqtisadiyyat kurrikulumunun beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var. Beynəlxalq standartlar dedikdə, kurrikulumun müasir iqtisadi nəzəriyyə və iqtisadi siyasət paradiqmaları ilə uyğunluq təşkil etməsi, dərsliklərin bir –birini tamamlaması və tələbələrin yetəri qədər analitik bacarıqlarının artırılmasına hədəflənmiş standartlar nəzərdə tutulur. Azərbaycan universitetlərinə nəzər yetirdiyimiz zaman yalnız bir neçə fakultənin beynəlxalaq standartlara cavab verdiyini müşahidə edirik.
İxtisas seçimsizliyi haqqında
İxtisas seçimi hər bir şəxsin gələcək həyatının təminatı, daimi gəlir mənbəyi və xoşbəxtliyinin əhəmiyyətli ünsürlərindən biridir. Bizlər bu qərarı məktəbi bitirənə yaxın və ortalama olaraq 18 yaşda veririk. Ancaq, 18 yaşlı gəncin bütün ömrünə təsir edəcək bu qərarın nə qədər düzgün və optimal olacağı şübhəlidir. Çünki, 18 yaşlı gənc hansı ixtisasın nə üçün lazım olduğunu, öz potensialının hansı ixtisasa uyğun olduğunu müəyyənləşdirmək üçün məlumatsız və təcrübəsiz ola bilər.
“Bilgi” dərgisinin yaranması və fəaliyyəti haqqında
Hal-hazırda “Bilgi” dərgisinin fəaliyyətinin davam etdirilməsi barədə dünyanın müxtəlif yerlərindən müraciətlər edilir və indi də AR “Təhsil” Cəmiyyəti bu işi başqa formada davam etdirməyə calışır. Müxtəlif rəsmi instansiyalara müraciətlərimiz cavabsız qaldığından “AqRa” Elmin İnkişafına Dəstək İctimai Birliyi (“AqRa” EİDİB) ilə birgə bu işlərin davam etdirilməsi barədə müvafiq razılıq əldə edilmişdir. Bu mövzularda www.aqra.az övraqında (sayt) müxtəlif elmi məqalələr və materiallar dərc edilməsi davam etdirilir.