20/03/2022
2021/2022-ci tədris ilində Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərilən 12 internat məktəbində 4971 nəfər, 16 inteqrasiya təlimli təhsil müəssisələrində 6333 nəfər, 8 təmayüllü internat tipli təhsil müəssələrində 4439 nəfər şagird təhsil almışdır. Hər il bu internat və uşaq evlərindən 17-18 yaş arası təqribən 300-400 nəfər məzun olur. Bu gənclərin məşğulluq probleminin həll edilməsi onların cəmiyyətə sağlam inteqrasiyasının əsas tərkib hissəsidir. Bu gənclərin məşğulluq problemi ilə üzləşməsi ümumən cəmiyyətimizdə dərin fəsadlar yarada bilər.