İxtisas seçimsizliyi haqqında
02/06/2022İnsan kapitalının qiymətləndirilməsi
02/06/2022İqtisadiyyat kurrikulumunun beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var. Beynəlxalq standartlar dedikdə, kurrikulumun müasir iqtisadi nəzəriyyə və iqtisadi siyasət paradiqmaları ilə uyğunluq təşkil etməsi, dərsliklərin bir –birini tamamlaması və tələbələrin yetəri qədər analitik bacarıqlarının artırılmasına hədəflənmiş standartlar nəzərdə tutulur. Azərbaycan universitetlərinə nəzər yetirdiyimiz zaman yalnız bir neçə fakultənin beynəlxalaq standartlara cavab verdiyini müşahidə edirik.
Bir-birini təkrarlayan və mahiyyətcə fərqlənməyən fənlər çoxdur. Xüsusən dövlət universitetlərinin dərs cədvəlinə baxdıqda orda mahiyyətcə bir-birindən fərqlənməyən Beynəlxalq iqtisadi münasibətlər, Beynəlxalq iqtisadiyyat, Dünya iqtisadiyyatı fənlərinə rast gəlinir. Hətta, bəzi universitetlərdə tədris edilən “Azərbaycan iqtisadiyyatı” və “Milli iqtisadiyyat” fənlərinin fərqliliklərini ayırd etmək mümkün deyil.
Digər tərəfdən dərslər arasında sistemlilik gözlənilməlidir. Məsələn, Ekonometrika fənnini mənimsəmək üçün tələblər ən azı 2 semestr statistika və 2 semestr ali riyaziyyat fənninin mövzularını mənimsəməlidirlər. Ancaq, mövcud vəziyyət budur ki, əksər iqtisadiyyat fakultələrində tələbələrin statistika fənni keçmədikləri və yalnız bir riyaziyyat fənni keçdiklərini müşahidə etmək olar. Ən yaxşı halda isə Statistika fənni yalnız Ekonometrika fənni keçirildikdən sonra tədris olunur ki, bu da fənlər arası əlaqənin qorunmadığını göstərir. Fənlər arasında sistemli yanaşmanın olmaması biliyin akumulasiya olmamasına nəticələnir ki, tələbə iqtisadi biliklər təsadüfi formada yaranır.
Dərs vəsaitləri standartlara uyğun şəkildə müəllimin seçiminə buraxılmalıdır. Düşünürəm ki, dərs vəsaitlərinin seçiminin dəqiq standartları müəyyənləşdirilməli və buna uyğun olaraq dərs vəsaiti tövsiyyə edilməlidir. Standartlar olmadığı təqdirdə istifadə edilən dərs vəsaitinin iqtisadi bilik yaratma prosesində rolunu müəyyənləşdirmək və nəticəsini qiymətləndirmək çətinləşir.
Dərs vəsaitlərinin mündəricatı müasir iqtisadi nəzəriyyə və siyasəti paradiqmalara uyğun deyil. Məsələn, iqtisadiyyat fakulətisinin birinci kurs tələbəsinə tədris olunan Elsevər Kərimov və Bəşir Osmanovun birgə yazdığı İqtisadi Nəzəriyyə kitabı giriş səviyyəsi üçün tədris olunur. Kitab iqtisadi fikirlərin yaranmasından, mikro və makro iqtisadiyyat haqqında məlumat verir. Ancaq, giriş səviyyəsi üçün dilinin ağır və qrafik təsvirlərin əksik olması ilə yanaşı iqtisadi fikir tarixindən əhəmiyyətli məlumatlar verilmir. Məsələn, iqtisadi fikir tarixinə təsir etmiş Real Biznes Tsiklləri, Lukas tənqidi, Yeni Keynsçi və digər bir çox müasir baxışlar demək olar ki, əksini tapmamışdır.
Dərs vəsaitlərində Marksist terminoloqiyaya çox rast gəlinir. Dövlət universitetlərində xüsusən aktuallığını itirən və müasir iqtisadi siyasətdə istifadə edilməyən Marksist-Sosialist ədəbiyyatına rast gəlmək mümkündür (məs.: təkrar istehsal). Buna səbəb kimi çox güman ki, dərs vəsaitlərinin əksəriyyətinin rus ədəbiyyatından tərcümə edilməsi və mövcud kadrların daha çox bu istiqamət üzrə təhsil almaları ilə izah etmək olar. Müəllim heyətinin iqtisadi bilikləri müasir standartlara cavab vemədiyi üçün ədəbiyyatı seçimi edərkən yalnız Marksist-Sosialist ədəbiyyatına üz tuturlar.
Ekonometrika fənninin ədəbiyyatı da lazımı standartda deyil. Ümumən Azərbaycan iqtisadiyyat fakultələrində Ekonometrika fənninin mahiyyəti barədə yalnış təsəvvürlər mövcuddur. Tez-tez Ekonometrika fənni “Riyazi İqtisad” fənni ilə qarışdırılır. Bunu bariz nümunəsini dərs vəsaitlərində görmək mümkündür. Məsələn, Y.İ.Hacızalov, Y.R.Kərimova, L.N.Hüseynova həmmüəlif olduqları Ekonometrika dərs vəsaitin mündəricatı müasir Ekonometrika fənni ilə üst-üstə düşmür. Dərs vəsaiti daha çox xətti proqramlaşdırma üsullarını əhatə etdiyi halda çarpaz kəsik təhlilləri, statistik nəticə təhlilləri, model parametrlərinin xassələrinin təhlili, interpritasiyaları və digər bir çox mövzular demək olar ki, yoxdur və olsa da çox natamam formada verilmişdir.
Özəl universitetlərdə vəziyyət dövlət universitetlərinə nisbətən daha yaxşıdır. Özəl universitetlərdə müasir ədəbiyyatlara istinad edilir və dərs vəsaitləri istifadə edilir. Xüsusən ingilis dilli fakultələrdə tədris vəsaitlərinin ingilis dili ədəbiyyatlardan istifadə edilməsi müsbət haldır.
Digər məqam nəzərdə tutulacaq kitablar mövcud artıq tərcümə edilmiş müasir kitablarla uyğunluq təşkil etməsidir. Hal-hazırda dərslik kimi N. Qreqori Menkyunun Ekonomiksin əsasları və R.Dornbuş, S.Fişer və R.Stars müəlliflər qrupunun Makroiqtisadiyyat dərsliyi yüksək keyfiyyətdə tərcümə edilmişdir. Hər iki dərslikdə bır sıra nəzəriyyələr və praktik məsələlər qabaqcıl metodoloji üslubda izah edilmiş və dünyanın bir sıra aparıcı ali təhsil ocaqlarında makroiqtisadiyyat fənninin tədrisində geniş istifadə edilir. Menkyu-nun kitabı giriş səviyyəsi üçün nəzərdə tutulsa da Dornbuş, Fişer və Stars-ın müəllif olduğu kitab ali təhlisin yuxarı kurs bakalavr və magistr pillələrində (orta səviyyə) dərs vəsaiti kimi istifadə üçün nəzərdə tutulub. Bu baxımdan tərcümə ediləcək yeni kitabların düşünürəm ki, mövcud kitablarla bir-birini tamamlamalı və arada biliyin məntiqi ardıcılığı təmin edilməlidir.
Bunlardan əlavə seçiləcək dərs vəsaitinin riyazi analitikası bizim kurrikulma (xüsusən riyaziyyat dərslərinin dərs yükünə) uyğun olmalıdır. Son on illikdə dünyada iqtisadiyyatın tədrisində riyazi-statistik üsullara (xüsusən orta səviyyədə) müraciət edilir. Ancaq, Azərbaycan fakultələrində riyaziyyatla bağlı fənlərin (riyazi iqtisadi, ekonometrika, statistika) yetəri keyfiyyətdə olmaması Mikro və Makroiqtisadiyyat fənlərinin daha aşağı riyazi analitik yükü olan dərs vəsaitinin seçilməsi daha məqsədə uyğun görülür. Ancaq, onu diqqətdə saxlamaq lazımdır ki, iqtisadiyyatda riyazi-statsitik üsulların tətbiqi artır və bakalvr səviyyəsində ədəbiyyatlarda geniş yer almaq tendensiyası müşahidə edilir. Gələcəkdə bu nüasnı nəzərdə tutmaq faydalı olardı.
Dərs vəsaitləri vizual və qrafik təsvirdən əksikdir. Yerli dərs vəsaitlərinin əksəriyyəti (başlanğıc və orta səviyyələr üçün) izafi nəqli təriflər və izahlarla oxucunu yorur. Müasitr yanaşmada giriş səviyyəsi üçün qərb ədəbiyyatı sadə dilə, nəqli izahlə yanaşı çoxlu qrafik və şəkli təsvirlərə də yer ayırırlar. Bu təsvirlər oxucuya informasiyanı səmərli ötürürməyə və iqtisadi intusiyanı anlamağa yardım edir.
Yuxarıda sadalananları nəzərə alaraq iqtisadiyyat fakultələrinin kurrikulumunun təkminləşdirilməsi və yeni müasir yanaşmlara uyğun dərs vəsaitlərinin tərcüməsi xüsusi əhəmiyyət kəsb edir. Aşağıda təklif edilən ədəbiyyatlar başlanğıc, orta və yüksək səviyyələr üçün nəzərdə tutulan dərs vəsaitləridir.
Təklif olunan ədəbiyyat
Münasib dərs vəsaiti seçimi düşünürəm ki, bir aşağıdakı meyarlara cavab verməlidir. Dərs vəsaitinin (a) müasir iqtisadi paraqdiqmalara uyğun olmalıdır (b) analitik məntiqi çərçivəsi anlaşılan və sadə olmalıdır (c) vizual və qrafik izah etmə imkanları geniş olmalıdır (d) riyazi analitikası tələbələrə və kurrikuluma uyğun olmalıdır.
Yuxarıda sadalanan meyarları nəzərə alaraq tövsiyyə edilən kitablar aşağıdakılardır[1]:
MİKROİQTİSADİYYAT
Giriş səviyyə
Principles of Microeconomics. (N. Gregory Mankiw). Keçid >>
Orta səviyyə
Intermediate micro. (Hal Varian) Keçid >>
Microeconomic Theory: Basic Principles and Extensions. (Snyder, C. and Nicholson, W.) Keçid >>
Yüksək səviyyə
Microeconomic Analysis, Third Edition. (Hal R. Varian) Keçid >>
Microeconomic Theory, (Andeu Mas-Colell, Michael Whinston and Jerry Green) Keçid >>`
MAKROİQTİSADİYYAT
Giriş səviyyə
Principles of Macroeconomics, (N. Gregory Mankiw) Keçid >>
Orta səviyyə
Macroeconomics, (Abel, Bernaneke and Croushore) Keçid >>
Macroeconomics, (N. Gregory Mankiw) Keçid >>
Yüksək səviyyə
Advanced Macroeconomics, (David Romer) Keçid >>
BEYNƏLXALQ TİCARƏT
Giriş səviyyə
International Trade. (Robert C. Feenstra, Alan M. Taylor) Keçid >>
Orta səviyyə
International Trade: Theory and Policy. (Paul Krugman, Marc Melitz and Maurice Obstfeld) Keçid >>
Yüksək səviyyə
Advanced International Trade: Theory and Evidence. (Robert C. Feenstra) Keçid >>
İNKİŞAF İQTİSADİYYATI
Giriş səviyyə
Economic Growth . (David Weil) Keçid >>
Yüksək səviyyə
Economic Growth, (Robert J. Barro , Xavier Sala-i-Martin) Keçid >>
Orta səviyyə
Principles of Corporate Finance. ( Richard Brealey, Stewart Myers, and Franklin Allen) Keçid >>
İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏR İQTİSADİYYATI
Giriş səviyyə
Macroeconomics in Emerging markets. (Peter Montiel) Keçid >>
EKONOMETRİKA
Giriş səviyyə
Introduction to Econometrics (Stock and Watson) Keçid >>
Orta səviyyə
Applied Econometric Time Series. ( Walter Enders) Keçid >>
Yüksək səviyyə
Econometric Analysis, (W.H. Greene) Keçid >>