1 Dekabr – Müəllimlərin Beynəlxalq Seminarı
20/03/2022Uşaq evlərində məşğulluğun təmin edilməsi
20/03/2022“Peşə rəhbəri” layihəsinin hesabatı
“Təhsil” Cəmiyyəti Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirliyinin icazəsi, Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə 2016-cı ilin mart ayının 5-dən mayının 5-nı kimi “Peşə Rəhbəri” adlı layihə həyata keçirildi.
Layihə orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdlərinin istək və qabiliyyətlərinə uyğun peşəni seçməsi, ölkəmizin kadr ehtiyaclarına görə gənclərin yönləndirilməsinə dəstək məqsədilə təşkil olunmuşdu.
Bu məqsədlə, seminarlar pilot layihə olaraq Bakı şəhərinin 13 (1,5,9,16,42,45,46,47,82,200,212,258 və 291 nömrəli (əlavə 1)) məktəbində şagird və abituriyentlərə ixtisas seçərkən nələrə diqqət etmək lazım olduğu izah olunub. Seminarlarda öz sahəsində böyük uğurlara imza atmış müxtəlif peşə sahibləri iştirak etmiş, öz təcrübələri, ixtisaslar haqqında geniş məlumat, dünyada və yerli əmək bazarında yeni tendensiyalar və seçim zamanı faydalı ola biləcək digər əhəmiyyətli məlumatlar verilmişdir. Təlimçilərin siyası əlavə 2-də göstərilmişdir.
Layihə nəticəsində şagirdlər bilik və istəkləri istiqamətində düzgün ixtisaslara yönləndirilmək üçün məlumatlandırılmışlar. Layihənin interaktiv nəticələri ümumiləşdirilmiş və bu məktuba əlavə edilmişdir.
Hörmətlə
Nuqay Əliyev
“Təhsil” Cəmiyyətinin Sədri
Əlavə 1. Seminarların keçirildiyi məktəblər və tarixlər:
02 Mart 2016 – 5 Nömrəli məktəb
03 Mart 2016 – 9 Nömrəli məktəb
09 Mart 2016 – 1 Nömrəli məktəb
10 Mart 2016 – 45 Nömrəli məktəb
14 Mart 2016 – 291 saylı Ekologiya liseyi
16 Mart 2016 – 82 Nömrəli məktəb
18 Mart 2016 – 46 Nömrəli məktəb
13 Aprel 2016 – 16 saylı Texniki-Humanitar lisey
15 Aprel 2016 – 42 Nömrəli məktəb
19 Aprel 2016 – 200 saylı məktəb-lisey kompleksi
26 Aprel 2016 – 258 Nömrəli məktəb
03 May 2016 – 212 Nömrəli məktəb
05 May 2016 – 47 Nömrəli məktəb
Əlavə 2. Adları çəkilən məktəblərdə keçirilən seminarlarda aşağıdakı ixtisas və peşə rəhbərləri iştirak ediblər:
Ramiz Məmmədli – Biznesin idarə edilməsi ixtisası
Elnarə Eminova – Psixoloq ixtisası
İsa Əliyev – Qida mühəndisliyi ixtisası
Fuad Əliyev – Neft-Qaz mühəndisliyi ixtisası
Əli Məmmədov – Memarlıq ixtisası
Elsəvər Əliyev – Sənaye mühəndisliyi ixtisası
Kamil Nemətli – Kompüter mühəndisliyi ixtisası
Rüfət Hüseynov – Marketinq mütəxəssisi ixtisası
Şəhriyar Əbilov – Aktyorluq ixtisası, Şoumen (ATV)
Elvin Əhmədoğlu – Quruluşcu operator (ATV) ixtisası
Əflatun Hüseynov – Dijital Marketinq ixtisası
Cəlal Cümşüdi – Kompüter mühəndisliyi ixtisası
Orxan Səfərov -Hüquqşünas ixtisası
Elnur Məmmədov – İnformasiya Texnologiyalari mühəndisliyi ixtisası
Zülfiyyə Sultan -Dizayner-Modelyer (ATV) ixtisası
Anfisa Zinyəddin -İctimaiyyətlə əlaqələr ixtisası
Vurğun Hacıyev -İnformasiya Texnologiyalari mühəndisliyi ixtisası
Kamran Quliyev -Kənd təsərrüfatı ixtisası
Fərid Rəsul -TV aparici (ATV) ixtisası
Fuad Məmmədov -Neft Qaz mühəndisliyi ixtisasi
İsmail Kərimov -Dövlət və bələdiyyə idarəçiliyi ixtisası
Zaur Məmmədli -İnformasiya Texnologiyalari mühəndisliyi ixtisası
Səbinə Bayramova -Psixoloq ixtisası
Şərəf Əsgərova -Hüquqşünas ixtisası
Ruslan Baxışbəyli -Telekommunikasiya mühəndisliyi ixtisası
Hüseyn Məmmədov – İnformasiya Texnologiyalari mühəndisliyi ixtisasi
Kənan Quliyev -Neft Qaz mühəndisliyi ixtisasi
Kamal Mehdiyev – Qida mühəndisliyi ixtisasi