“Təhsil” Cəmiyyəti 20 ildə
Bu il avqustun 15-də Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin rəsmi fəaliyyətə başlanmasının 20 ili tamam oldu. “Təhsil” Cəmiyyətinin hansı səbəblərdən yaranması, hansı keçmə-keşli yollardan keçməsi və vətənimizə, xalqımıza, dövlətimizə göstərdiyi xidmətlər və xalqından, dövlətindən umacaqları kimi məsələlər və s., yəqin ki, hamı üçün maraqlı olar. Elə buna görə də qəzetimizi əməkdaşları “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri Nuğay Əliyevlə görüşüb, bu və ya digər suallara cavab verməsini xahiş etmişdir. Aşağıda cəmiyyətin yaranma səbəbləri, tarixi, fəaliyyəti, 20 ildə gördüyü işlər, keçirdiyi tədbirlər və s. haqqında məlumatları oxucularımıza ərmağan edirik.
“Təhsil” Cəmiyyətinin yaranma səbəbləri
İkinci Dünya Müharibəsindən sonra, dünyanın üçdə biri SSRİ-nin nəzarəti altında idi. Eyni zamanda Avropanın aparıcı dövlətlərinin bir çoxunda və başqa dövlətlərdə güclü kommunist hərəkatları vardır. Güclü kapitalist dövlətləri həyəcan içində idi. Ərazinin gen-bolluğu, sərvətin çoxluğu, SSRİ dövlətinin əqidə inadkarlıqlığı həm daxildə yaşayanların bir tərəfli düşüncəyə xidmət etməsinə, xaricdə isə xüsusilə kapitalist aləmində SSRİ-nin dağılmasəna yönəlmişdir.
N.S.Xruşşovun hakimiyyətə gəlişi həm daxildə, həm də xaricdə fəallıq yaradır. Çox uzatmaq istəməzdim. Həmin dövrdə xarici dövlətlər, xüsusilə ABŞ-ın seçmə siyasətçiləri SSRİ-də
vəziyyəti dərindən öyrənərək və bu məmləkətə güc vasitəsilə heç nə etmək mümkün olmadığına əmin oldular.
Daxildə hakimiyyətin formalaşdırılması və kadrların seçilib yerləşdirilməsi həmin xarici siyasətçilərin gözündən qaçmadı. SSRİ-ni dağıtmaq üçün hakimiyyəti ələ almaq lazım idi. 1964-cü ildə N.S.Xruşşovun aradan götürülməsi, bu məsələdə ehtiyatlı olmağa məcbur etdi. Odur ki, 1991-ci ildə M.S.Qorbaçvun hakimiyyətinə qarşı çevriliş etməsi baş tutmadı. M.S.Qorbaçov, eləcə də bir neçə nəfər şəxslər də həmin ssenari üzrə hazırlanan kadrlar oldular.
Yəqin ki, hamıya yaxşı məlumdur ki, yəhudilər və ermənilər dünyada ən çox müxtəlif dövlətlərə yayılmış xalqlardır. Odur ki, ölkələrin təhlükəsizlik sistemlərində onlardan çox istifadə olunur.
M.S.Qorbaçovun xaricdəki və daxildəki ermənilərin təsiri altında Stravrapoldan başlayaraq hakimiyyət başına gəlməsi hazırlanılırdı..
M.S.Qorbaçovun Kremldə ən çox ehtiyat etdiyi insan H.Ə.Əliyev idi. Hələ 1983-cü ildə rəsmi olmasa da SSRİ-nin əsas rəhbəri H.Əliyev idi. Ölkənin bütün guşələrində bir rəhbər kimi hamı ondan danışırdı. (1983-cü ilin payızında mən Moskva, Vladimir, Ryazan vilayətlərində olmuşdum. Familiyam Əliyev, özüm Azərbaycandan olduğundan eşidədə mənə qarşı olan münasibət nirə on artdı. Nə qədər and içsəm də, qohum olmadığımıza inanmırdılar)
M.S.Qorbaçov hakimiyyətə gəldikdən sonra, həm içindəki qorxu, həm də onu əhatə edən (daha doğrusu onu hakimiyyətə gətirən) mühitin təsiri ilə Heydər Əliyevi sıxışdırmağa başladılar və onu Kremldən uzaqlaşdırdılar. Bu işdə Heydər Əliyevin yetirməsi olan Azərbaycan hakim dairələrinin və onların qarşısında susan xalqın da biganəliyi, laqeydliyi öz təsirini göstərdi. Azərbaycana qarşı təcavüz başlanıldı.
Aprelin 22-23-də (yadımda yaxşı qalmayıb) Ermənistan Energetika İnstitutunun elmi işlər üzrə prorektoru Areşiyan və “Radiotexnika” fakültəsinin dekanı (səhv etmirəmsə) Poposyan məni prorektorun otağına dəvət etdi və mənə xahiş (xəbərdarlıq şəklində) etdilər ki, sabah biri gün şəhərə çıxma. Soruşdum, nə üçünsə bir söz demədilər. Elə təkid etdilər ki, şəhərə çıxmayım. Prorektorun otağından çıxdıqdan sonra dekan məni öz otağına dəvət etdi. Çay gətirdi və başladı söhbətə. İlk sualı mənə bu oldu ki, (o, həm bildirdi ki, mən də Şuşalıyam) “Əliyev, sizin o, vilayət (Dağlıq Qarabağ Muxtar Vilatətini nəzərdə tuturdu) bizi cana yığıb”. Mən də soruşdum ki, “nə olub?”. Paposyan dedi ki, “hər il orta məktəbi qurtaranları, yalandan, imtahan verdi-vermədi, gətirib doldururlar institutlara, texnikumlara, həmçinin də başları sizin əleyhinizə doldurub geri qaytarırlar. Ola bilməz ki, sizin hakimiyyətin, xalqın bundan xəbəri olmasın. Bu sonra bəlaya çevriləcək”. Sonra onun dediyinə görə vaxtilə Ermənistanın 9 rayonunun raykomu, ispolkomu, hüquq mühafizə idarələrinin rəhbərləri, müəllimləri, həkimləri bir sözlə hamısı azərbaycanlı olub. O, sözünə əlavə etdi ki, “sizdə (Azərbaycanda) ermənilər hər sahədə işləyir. Ermənistanda qalan azərbaycanlılar isə yer belləyən və ya təsərrüfatla məşğul olanlardır. Sizdə kimisə yetişdirib Ermənistana göndərmək istəmirlər. Əvəzində buradakı qabaqcılları, savadlıları yığıb Bakıya aparıb yüksək vəzifə verirlər. O, hətta bir neçə vəzifəlişəxsin ad və soyadını da söylədi.
Aprelin 22-23-də (yadımda yaxşı qalmayıb) Ermənistan Energetika İnstitutunun elmi işlər üzrə prorektoru Areşiyan və “Radiotexnika” fakültəsinin dekanı (səhv etmirəmsə) Poposyan məni prorektorun otağına dəvət etdi və mənə xahiş (xəbərdarlıq şəklində) etdilər ki, sabah biri gün şəhərə çıxma. Soruşdum, nə üçünsə bir söz demədilər. Elə təkid etdilər ki, şəhərə çıxmayım. Prorektorun otağından çıxdıqdan sonra dekan məni öz otağına dəvət etdi. Çay gətirdi və başladı söhbətə. İlk sualı mənə bu oldu ki, (o, həm bildirdi ki, mən də Şuşalıyam) “Əliyev, sizin o, vilayət (Dağlıq Qarabağ Muxtar Vilatətini nəzərdə tuturdu) bizi cana yığıb”. Mən də soruşdum ki, “nə olub?”. Paposyan dedi ki, “hər il orta məktəbi qurtaranları, yalandan, imtahan verdi-vermədi, gətirib doldururlar institutlara, texnikumlara, həmçinin də başları sizin əleyhinizə doldurub geri qaytarırlar. Ola bilməz ki, sizin hakimiyyətin, xalqın bundan xəbəri olmasın. Bu sonra bəlaya çevriləcək”. Sonra onun dediyinə görə vaxtilə Ermənistanın 9 rayonunun raykomu, ispolkomu, hüquq mühafizə idarələrinin rəhbərləri, müəllimləri, həkimləri bir sözlə hamısı azərbaycanlı olub. O, sözünə əlavə etdi ki, “sizdə (Azərbaycanda) ermənilər hər sahədə işləyir. Ermənistanda qalan azərbaycanlılar isə yer belləyən və ya təsərrüfatla məşğul olanlardır. Sizdə kimisə yetişdirib Ermənistana göndərmək istəmirlər. Əvəzində buradakı qabaqcılları, savadlıları yığıb Bakıya aparıb yüksək vəzifə verirlər. O, hətta bir neçə vəzifəlişəxsin ad və soyadını da söylədi.
Oktyabr ayında Ermənistanda olarkən ermənilərin 2 nəfər nümayəndəsi elmi işlərini müdafiə etdi. Dərs ilinin sonunu nəzərə alıb, mənim elmi müdafiəmi 1981-ci il yanvarın 16-a saldılar. Yanvarın 16-da mənim müdafiəm 6 saat çəkdi. Yanvarın 24-nə kimi bütün sənətləri hazırladım. Artıq yanvarın 26-da dissertasiyanın bir nüsxəsini Moskva İnformasiya Mərkəzinə poçt kartoçkası (yəni, açıqca) ilə birlikdə göndərdim. İyulun əvvəlinə kimi mənə dedilər ki, hələ kartoçka gəlməyib. Ona görə dissertasiya və müdafiə şurasının sənədlərini Ali Attestasiya Komissiyasına göndərmədilər. Sonra araşdırma nəticəsində məlum oldu ki, həmin sənəd 4 fevral tarixində instituta daxil olub, onlar isə üzə çıxarmırlar. Adına qoydular ki, stolun siyirtməsinə ilişib. 1981-ci il sentyabrın 28-də elmi işim AAK-da təsdiq olundu. Əlavə edim ki, sənədləri rus dilində çap etdirmək üçün mən o, zaman rus dilində yaza bilən çap maşını da tapa bilmirdim. Sənədləri çap etdirmək üçün şəhərdən xeyli kənarda Kibernetika İnstitutuna gedib, gəlirdim (bu instituta o zaman Merqeriyan institutu da deyirdilər). Əlavə edim ki, o illərdə qəti şəkildə inanmırdım ki, nə Yerevanda, nə də Tbilisidə elə erməni və gürcü ailəsini tapmaq olar ki, öz ana dilini bilməsin. Təəssüf ki, Bakıda isə öz ana dilimizə laqeydlik, biganəlik göstərənlər çox idi.
1984-cü ildə məni ictimai əsaslarla ali məktəbdə – Azərbaycan Dövlət Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Texniki Universitetində) “Radiotexnika” fakültəsinin ideoloji işlər üzrə dekan müavini təyin etdilər. 1985-1986-cı tədris ilində Marksizim-Leninizm Universititetinin axşam şöbəsinə oxumağa göndərdilər. Açılış mərasimini Bakı şəhər PK-nin katibi mərhum Məmmədov bismillah ilə açdı və bu, alqışlarla qarşılandı. Qeyd edim ki, burada dərs deyən bəzi müəllimlər milli ruhlu insanlar idi. Xüsusilə məşğələ dərsləri çox səmərəli diskusiyaya çevrilirdi. Hamı çox sərbəst olurdu..
“Təhil” Cəmiyyətinin yaradılması təşəbbüsü ona görə yarandı ki, respublikada pambıq, üzüm, meyvə-tərəvəz istehsalının tədarükü, onları yetişdirən təsərrüfatçıların vaxt imkanlarından kənar idi. Buna görə İV sinifdən yuxarı bütün təhsil ocaqları məhsul yığımına və becərilməsinə aylarla cəlb olunurdular. Nəticədə respublikada təhsilin səviyyəsi bərbad vəziyyətə düşürdü. Uzun müzakirələrdən sonra 1986-cı ilin sonunda təhsil, istedad, bilik formasında bir cəmiyyətin yaradılması üçün Mərkəzi Komitəyə müraciət etdik. Bildirdilər ki, respublikada “Bilik” və “Pedaqoji” cəmiyyətləri olduğu üçün yeni cəmiyyətin yaranmasına ehtiyac yoxdur. Biz isə qanunvericiliyin buna yol verib, vermədiyini öyrənmək üçün Respublika Prokurorun müavini Pustavitinin yanında olduq. O, bizə bu işə qanunun yol verdiyini bildirdi. Pustavitin həm də yanındakı 2 hüquqşünası da bizə həvalə etdi. Sonradan onlar 2 dəfə bizim yığıncaqda iştirak etdilər. Bu 1987-ci ilin sentyabrına qədər davam etdi. Dəfələrlə bu məsələ ilə bağlı komsomol komitəsinə də müraciət etdik. O zaman dedilər ki, cəmiyyətin yaradılması üçün Mərkəzi Komitə icazə verməlidir. Hörmətli Pustavinin köməyi sayəsində daha sonra işimiz yavaş-yavaş formalaşdı. 1987-ci ilin sonunda biz MK-yə müraciət etdik. SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da yenidənqurma hamını çaş-baş salmışdı. Xüsusilə hər yerdə qarışıqlıq yaranmışdı.
1988-ci ilin fevralında Xankənddə (Stepanakertdə) ermənilərin azğınlığı artmışdı. Bütün respublikanı həyəcan bürümüşdü. Həmin dövrdə Azərbaycan rəhbərliyi Ermənistanda yaşayan ziyalıları tarixi torpaqlarımızı qorumağa səfərbər etməyərək, əvəzində onları yaşadıqları ərazilərdən çıxartdı.
1988-ci ilin ortalarında respublikada rəhbərlik dəyişildi. Azərbaycana uzun illər respublikamız haqqında heç bir məlumatı olmayan Moskvadan rəhbər kadr həm də M.s,Qorbaçov dostu olan Ə.Vəzirov təyin edildi. Sonradan Ə.Vəzirovun rəhbərliyi dövründə Moskvanın iştirakı ilə 1990-cı ildə Bakıda faciəli 20 yanvar hadisələri baş verdi. 1988-ci ilin aprelində bizə məlumat verdilər ki, respublika komsomol komitəsi işi araşdırıb, bizə məlumat verəcək. Qeyd edim ki, respublikada olan gərginlik, insanlardakı narahatlıq hissləri bizi də ruhdan salmışdı. Nəhayət, 1989-cu ilin əvvəlində məlumat aldıq ki, bizim cəmiyyətin yaradılma məsələsi Respublika Komsomolunun Sosioloji Tədqiqatlar Mərkəzinin müdiri Əhməd Qəşəmoğluna tapşırılıb. Hörmətli Əhməd Qəşəmoğlunun bizə o zaman göstərdiyi köməkliyə görə minnətdarlıq edirəm. Komsomolun Sosioloji Tədqiqatlar Mərkəzinin dəfələrlə “Bilik” Cəmiyyətində müxtəlif təşkilatların nümayəndələri qarşısında, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti), Azərbaycan Politexnik İnstitunda (Azərbaycan Texniki Universitetində), Xalq Təhsili Nazirliyində (indiki Təhsil Nazirliyi), iki dəfə Marksizm-Leninizm Universitetinin dinləyici qarşısında, Bakı şəhərindəki ota məktəblərdə (190, 13, 115, 286), Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunda geniş müzakirə olunduqdan sonra 1989-cu il iyun ayında Komsomolun Sosiolohi Tədqiqatlar Mərkəzinin və Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunun rəyi əsasında “Təhsil” Cəmiyyətinin təsis olunmasına icazə verildi. 1989-cu il 28 oktyabr ayında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunun Akt zalında “Təhsil” Cəmiyyətinin təsis konfransı keçirildi. 15 nəfərdən ibarət idarə heyəti, cəmiyyətin strukturu və nizamnaməsi qəbul edildi. 15 noyabr 1989-cu ildə “Azərbaycan müəllimi” qəzetində bu haqda respublika ictimaiyyətinə məlumat verildi. 28 fevral 1990-cı il tarixində “Azərbaycan müəllimi” qəzetində “Təhsil” Cəmiyyətinin yaradılması haqqında məlumatlar respublikada çıxan başqa qəzetlərdə nəşr olundu. Cəmiyyətin nizamnaməs haqqında məlumatlar “Ziya” (14.03.90 20.03.90), “Neft kadrları uğrunda” (27.09.90), “Bakı Universiteti” (23.10.90), “Şuşa” (10.08.91), “Xocalının səsi” (1991-ci il),eləcə də “Kommunist” (16.10.90) qəzetlərində dərc olunmuşdu. Bütün bunlarla yanaşı “Təhsil” Cəmiyyətinin qeydiyyata alınması üçün həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən Arbitrajın, Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin razılığından sonra 1990-cı il 11 iyun tarixində sənədlər Ədliyyə Nazirliyinə təqdim olundu. 1990-cı il 15 avqust tarixində “Təhsil” Cəmiyyəti rəsmi qeydiyyata alındı. Burada özümüzə qarşı biganəlik və etinasızlıqla bağlı o illərdə Maliyyə Nazirliyində rastlaşdıq. Beləki, Maliyyə Nazirliyinə 3 ay gəlib, getdik. Nazirliyin elm, təhsil, mədəniyyət və səhiyyə şöbəsində məlum oldu ki, həmin sahələrin nazirlikləri onlara ayrılan büdcənin milyonlarla manat pulunu qənaət ediblər. Görəsən nəyin xətrinə? Halbuki həmin məbləğlə onlarla məktəb, xəstəxana, mədəniyyət evləri tikmək, elmi işləri həta keçirmək olardı.
“Təhsil” Cəmiyyəti rəsmi qeydiyyata alındıqdan sonra öz nizamnaməsinə uyğun fəaliyyətə başlamışdır.
Məlumat üçün bildirim ki, “Təhsil” Cəmiyyəti təkrarən 1991-ci il may, 1993-cü il noyabr aylarında Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Cəmiyyətin yaradılmasında və həmin dövrədək fəaliyyətində böyük xidmətləri olmuş, dünyasını dəyişmiş prokuror Şükür Rzayevə, Bakı Dövlət Universitetinin professoru Hüseyn Cəndirliyə, Faiq Sadıqova, Şamil Qurbanova, Azərbaycan Texniki Universitetinin professoru Ənvər Nəcəfova, Əli Xəlilova, dosent İmdad Tağıyevə, Hikmət Məmmədova, Ədliyyə nazirinin müavini R.Rəsidova, həmin idarənin işçisi Nəriman müəllimə Allahdan rəhmət diləyərək, ruhları şad olsun deyirik. O cümlədən, “Təhsil” Cəmiyyəti adından hazırda fəaliyyət göstərən professorlar – Rəhim Hüseynova, Əjdər Ağayevə, Zahid Qaralova, Rafiq Mehdiyevə, Mədəd Çobanova, Məcid Bağmanova, Vahid Əfəndiyevə, İlham Rəhimova, Fəxrəddin Veysəlova, dosentlər Rəhim Rəhimova, Adil Cəlilova, Vidadi Həsənova, Yaşar Səmədova, Sadıq İbrahimova onlarla ziyalıya minnətdarlığımı bildirirəm (adlarını çəkə bilmədiyim insanlardan üzr istəyirik).
“Təhsil” Cəmiyyətinin fəaliyyəti haqqında
1.Respublikanın müxtəlif bölgələrində görkəmli müəllimlərin adı ilə diplomlar verilir.
“Təhsil” Cəmiyyəyəti 1995-ci ildən fədakar müəllimlərin adına diplomlar təsis etmişdir. Məqsəd ümumi təhsil məktəblərində fədakarcasına zəkmət çəkən müəllimləri dəyərləndirmək, həm də şagirdlərin təhsilə marağını artırmaqdır. Hazırda 4 adlı diplom verilir. Bunlar:
“Sona xanım Tağıyeva” adına diplom, Bakı şəhəri 190 saylı məktəb.
Neftçala rayon Qırmızıkənd orta məktəbi “Abuzər Ağayev” adına diplom.
“Əkrəm Əsgərov” adına diplom, Gəncə şəhəri 4 saylı məktəb.
“Əliqulu Nərimanov” adına diplom, Quba şəhəri.
2.“Təhsildə nailiyyətlərə görə diplomlar” 1994-cü ildən ən yaxşı dərslik müəlliflərinə verilir.
Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin nəzdində Mükafat Komitəsi fəaliyyət göstərir. Mükafat Komitəsi 2 ildən bir keçirdiyi müsabiqədə təqdim olunmuş dərslik, dərs vəsaitləri, proqram, nümunəvi iş təcrübəsi içərisindən 4 ən yaxşı işi seçərək onlara diplom və mükafatlar təqdim edir.
10 ildən çox müddətdə fəaliyyət göstərən Mükafat Komitəsi ictimiyyət arasında öz obyektivliyinə görə böyük nüfuz qazazmışdır. Mükafat Komitəsinin sədri görkəmli fizik-alim, akademik Maqsud Əliyevdir, üzvləri isə ölkəmizdə və xaricdə böyük nüfuz qazanmış elm və təhsil xadimlərindən ibarətdir.
Mükafat Komitəsinin diplom və mükafatlara layiq görülmüş bəzi işlərin siyahısı:
A.İ.Muxtarov. Kvant mexanikası. Bakı, 1999.-608 s.
İ.H.Həziyev. Tətbiqi mexanika. Bakı, 1998.-607 s.
F.Y.Səməndərov. Cinayət hüququ. Bakı, 1999.-703 s.
R.H.Novruzov. Nitqin elmi üslubu. Bakı, 1998.-157 s.
B.X.Abbasov. Ümumu cərrahlıq. Bakı, 1995.-544 s.
R.Ə.Hüseynov. Astronomiya. Bakı, 1997.-468 s.
M.B.Zeynalov. Fəlsəfə tarixi. Bakı, 2000.-544.
R.S.Qurbanov, İ.X.İbrahimov, Q.S.Süleymanov. Bakı, 1996.-424 s.
A.A.Xələfov. Kitabxanaşünaslığa giriş. Bakı, 2001.-400 s.
S.Atayev. İbtidai siniflərdə təsviri sənətin metodikası. Bakı, 2001.-27 s.
Ç.B.Quliyev. Uşaq cərrahlığı. Bakı, 2000.-620 s.
M.Ş.Babayev. Molekulyar genetikadan mühazirələr. Bakı 2000.-302 s.
M.İ. Cəfərov, R.M.Quliyev. Torpaq fondu və ondan səmərəli istifadə. Bakı, 1997.-452 s.
E.Ə. Nəsimov, T.M.Mürsəlov. Atom fizikası. Bakı, 2002.-917 s.
R.Ə.Quliyev, K.Ə.Əliyeva. Genetika. Bakı, 2002.-408 s.
N.Ş.Əlizadə. Düşün, tap. Bakı, 2002.- 340 s.
T.X.Əliyev. Haqqa qovuşan insan. Bakı, 2002.-340 s.
3.”İnterpretasiya” Hüquq Mərkəzi 1995-ci ildən fəaliyyət göstərir və orta məktəblərdə hüquqi biliklərin artırılması, narkomaniya, alkoqolizmə qarşı mübarizə tədbirləri həyata keçirir.
Hüquq mərkəzində əsasən gənc hüquqşünaslar fəaliyyətlər göstərir. Təhsil ocaqlarında müxtəlif mövzularda mühazirələr oxunur, disputlar keçirir və cəmiyyətə daxil olan hüquqi məsələlərə cavab verilir və bu sahədə məlumat kitabçaları, dərs vəsaitləri hazırlayıb gəncləri maarifləndirirlər.
4.1994-cü ildən “Təhsil” qəzetinin nəzdində “Addımlar”, sonralar isə “Söz-sözə” ədəbi birliyi fəaliyyət göstərir. Gənc yazarların 5 almanaxı nəşr olunub.
Burada əsasən gənc yazarlar cəmlənmişdir: Onlar ayda bir dəfə yığışıb ədəbi yaradıcıllıqları ilə bir-birlərini tanış edir və birliyin üzvlərinin rəyi ilə seçilən şerləri almanax şəklində nəşr etdirirlər.
5.Cəmiyyətin mətbu orqanı olan “Təhsil” qəzeti 1992-ci ildə nəşr olunur.
“Təhsil” Cəmiyyətinin mətbu orqanı olan “Təhsil” qəzeti uzun sürən bir çəkişmədən sonra yarandı. 1990-cı ilin noyabrında “Təhsil” qəzetinin təsis edilməsi ilə bağlı Mətbuat və İnformasiya Komitəsinə müraciət etdik. 1990-cı ilin dekabrında bizə məlumat verildi ki, Təhsil Nazirliyinin icazəsi olmadan təhsilə aid qəzet təsis etmək olmaz. Bir il ərzində Təhsil Nazirliyinə müraciət etsək də, heç bir fayda vermədi. Sonda Ədliyyə Nazirliyindən bldirdilər ki, Təhsil Nazirliyinin bu işə qarışması düzgün deyil. Nazirliyin əməkdaşı Nəriman müəllimin köməkliyi ilə “Təhsil” qəzetinin şəhadətnaməsi 1991-ci ilin dekabrında bizə təqdim olundu. Həmin dövrdə respublikamızda kağız qıtlığı yaranmışdı. Hörmətli ziyalı Novruz Aslanın köməkliyi sayəsində H.Z.Tağıyev qəsəbəsindən 15 ton kağız aldıq. Kağızı “Azərbaycan” nəşriyyatı qəbul etmədi ki, “Təhsil” qəzeti nəşriyyata qeydiyyata düşməyib. O zaman hörmətli ziyalımız Zahid Qaralovun razılığı ilə 5 ton kağızı Azərbaycan Elmi-Tədqiqad Pedaqoji İnstitutunun “Azərbaycan – 40” ünvanında yerləşən idarəsində yerləşdirdik. Bir ay sonra sənədləri qaydaya salıb, “Azərbaycan” nəşriyyatının Xırdalandakı anbarına təhvil verdik. Daha sonra “Təhsil” qəzetinin nəşrinə ciddi hazırlaşdıq.
“Təhsil” qəzetinin ilk sayı 1992-ci ilin fevralında işıqüzü gördü. Qəzetin ilk baş redaktoru isə Məhəmməd Baharlı oldu. Bir az sonra onu professor Əjdər Ağayev, daha sonra isə Əyyub Şırlanlı əvəz etdi. 1994-cü ildə isə “Təhsil” qəzetinin baş redaktoru vəzifəsinə Müşfiq Çobanlı təyin olundu.
6.2000-ci ildən elmin bütün sahələrini əhatə edəön 6 seriyalı “Bilgi” dərgisi nəşr olunur.
Dərginin bütün seriyalı Beynəlxalq qeydiyyatdan keçmiş və burada 3 dildə (Azərbaycan, ingilis, rus) nəşr olunan məqalələr dünya standartlarına uyğun elmi məqalələr sayılır.
Qeyd edim ki, “Təhsil” Cəmiyyəti tərəfindən fəaliyyət göstərən “Bilgi” dərgisi 1999-cu ildə qeydiyyata alınmış, 5 seriya və 3 dildə (Azərbaycan, Rus, ingilis) nəşr olunan elmi jurnaldır. 2007-ci ilədək bu dərgi vaxtı-vaxtında il ərzində 4 nömrə ilə nəşr olunurdu.
Dərgidə 3 mindən çox müəllifin elmi məqalələri çap olunub. “Bilgi” dərgisi 2004-cü ildən Beynəlxalq qeydiyyatdan keçmişdir. Dərginin yaradılmasına səbəb 1991-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, Elmi-Tədqiqat İnstitutlarında və ali təhsil ocaqlarında elmi jurnalların maliyyə çətinliyi səbəbindən vaxtlı-vaxtında nəşr olunmaması idi. Məhz bu zaman elmi ictimaiyyətə kömək məqsədilə belə bir dərgi yaradıldı. Qısa müddət ərzində “Bilgi” elmi ictimaiyyətin də rəğbətini qazandı. Dərginin Redaksiya Şurasına 10-a yaxın xarici ölkələrin alimləri də cəlb edildi. Dərginin bütün seriyaları AMEA-nın Kitabxanasının dəstəyi sayəsində dünyanın 10 kitabxanasına göndərildi. Dərginin seriyalarına o illərdə hətta müxtəlif ölkələrdən məqalələr daxil olmaqda idi. Dərgidə İran, Türkiyə, Kipr, ABŞ, İtaliya, Kanada, Almaniya və başqa ölkələrin alimləri də elmi əsərlərini nəşr etdirirdi. İllər ötdükcə “Bilgi”nin elmi sahəsi genişlənirdi. Mərhum akademik Azad Mirzəcanzadə Ali Attestasiya Komitəsinin sədri olanda elan etmişdir ki, “Bilgi” dərgisinin seriyalarında dərc olunan məqalələr doktorluq işlərində qəbul olunacaq (halbuki, buraya 5 jurnal daxil idi). Məlumat üçün bildirim ki, dərginin seriyalarının redaksiya heyətinə respublikanın və xarici ölkələrin 120-dən çox görkəmli alimi cəlb edilmişdi. AAK-ın sədri cənab Arif Mehdiyev təyin edildikdən sonra bir siyahı tərtib edilmiş və “Bilgi” dərgisi də siyahıya salınmışdı. Sonradan elan etdilər ki, siyahıda olmayan jurnallarda nəşr olunan məqalələr elmi məqalə sayılmır. Odur ki, 2005-ci ilin sonundan dərgiyə gələn yeni məqalələrin sayı azalmağa başladı. Xaricdən isə 10-15 məqalə gəlməyə başladı. Bununla da 2007-ci ildən “Bilgi” dərgisinin nəşri dayandı. Qeyd edək ki, cənab Arif Mehdiyevin özünün müəllifi olduğu məqalələrdə “Bilgi” dərgisində nəşr olunub. 2005-ci ildən bu günədək AAK-ın sədrinin adına 8 məktubla müraciət olunub ki, hansı xətalara, hansı səhvlərə və çatışmamazlığa görə “Bilgi” dərgisi siyahıya salınmır? Təəssüf ki, bununla əlaqədar rəsmi məktubla Respublika Prezidenti İlham Əliyevə, eləcə də AAK-ya müraciət göndərilsə də həm də müsbət cavab almayıb.
7.“Təhsil” Cəmiyyəti 20 illik fəaliyyətində təhsil, elm və mədəniyyətimizin müxtəlif məsələləri ilə bağlı 50-dən çox konfrans, seminar və dəyirmi masalar keçirmiş və müvafiq təşkilatlara öz tövsiyyələrin bildirmişdir.
Bunlardan:
Azərbaycan – Türkiyə “Polimer kimyası” Beynəlxalq konfransı, 1991.
“Texniki lüğətçiliyimizin problemləri” I Respublika elmi konfransı, 18.05.94.
“Görkəmli maarif xadimi Abuzer Ağayevin 70 illiyinə həsr olunmuş yubiley sessiyası” Neftçala rayon, Qırmızıkənd, may 1994.
Görkəmli maarif və ictimai xadim f.r.e.d., frofessor Zahid Qaralovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 illiyinə həsr olunmuş elmi sessiyası. Bakı ş., 08.06.94.
“Respublikamızda təhsil quruculuğunun müasir problemləri” Respublika konfransı. Bakı ş., 24.09.94.
Fizika və riyaziyyat fənlərinin tədrisinin problemlərinə həsr olunmuş I Respublika elmi-metodik fonfrans. Bakı ş., 24.10.94.
Şamaxı rəsədxanasının və M.Ə.Rəsulzadə adına BDU-nun Astronosiya kafedrasının banilərindən biri professor f.r.e.d. Rəhim Hüseynovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş sessiya. Bakı ş., 07.12.94.
Azərbaycan EA müxbir üzvü, Azərbaycan Neft və Kimya İnstitutunun professoru, t.e.d., Ramiz Qurbanovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 illiyinə həsr olunmuş sessiya. Bakı ş., dekabr 1994.
Görkəmli maarif xadimi Sona xanım Tağıyevanın Bakıdakı 190 saylı məktəbdə direktor işləməsinin 50 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi. Bakı ş., 29.04.95.
M.Ə.Rəsulzadə adına BDU-nun professoru, f.r.e.d. Faiq Sadıqovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 illiyinə həsr olunmuş elmi sessiya. Bakı ş., 23.05.95.
Azərbaycan EA-nın müxbir üzvü, Əməkdar elm xadimi, t.e.d., professor Yaqub Bala oğlu Qədirovun anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfrans. Bakı ş., 19 iyun 2007.
BAHDM-nin “Dillər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun anadan olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40 illiyinə həsr olunmuş elmi sessiya. Bakı ş., 23 may, 1997.
“Metallurgiya dövlətin iqtisadi qödrətini artıran amildir” dəyiri masa. Bakı ş., oktyabr, 1999.
“İnsan hüquq və azadlıqlarının müdafiəsi” konfransı. Bakı ş., noyabr, 1999.
“Təhsilin dili, mənəviyyat və mədəniyət” dəyirmi masa. Bakı ş., sentyabr 2000.
“İnformasiya texnologiyalarının problemləri” dəyirmi masa. Bakı ş., noyabr, 2000.
“İpək yolu” I Respublika elmi-təcrübi konfrans. Bakı ş., 21-22 dekabr, 2000.
Azərbaycan – Yaponiya dostluq əlaqələrinə və görkəmli Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun yaradıcılığına həsr olunmuş görüş. Bakı ş.,20 aprel 2001.
“Azərbaycanın Aydınsız 10 ili” görkəmli alim-türkoloq, tənqidçi Aydın Məmmədovun xatiri gecəsi. Bakı ş., 21 aprel 2001.
“Xan Şuşinski-100, Muğam bu gün” xatirə gecəsi. Bakı ş., 8 oktyabr 2001.
“Milli pedaqogika, yoxsa pedaqogikada millilik?” dəyirmi masa. Bakı ş., 18 oktyabr 2001.
“İpək yolu” II Respublika elmi-praktik konfrans. Bakı ş., 20 dekabr.
“Milli pedaqogika, yoxsa pedaqogikada millilik?” II dəyirmi masa. Bakı ş., may 2002.
“Seçkilər və onun mahiyyəti”, “Bələdiyyələrə bələd olaq, gələcəyi qura bilək” dəyirmi masa. Bakı ş., 6-8.06.2001.
“Çağdaş Azərbaycanda fəlsəfi elmlərin tədrisinin bəzi məsələləri” elmi-metodik konfrans. Bakı ş., 13.06.2002
Nəsirəddin Tusinin 800 illiyinə həsr olunmuş “Nəsirəddin Tusinin elmi xidmətləri və Nəsirəddin Tusi tədqiqatçı Ramiz Qaımov yaradıcıllığında” elmi-praktik konfrans. Bakı ş., 28 iyun 2002.
Amerikalı tədqiqatçı-alim Samuel Vimslə ölkə ziyalılarının görüşü. Bakı ş., 29 avqust 2002.
Dövrümüzün görkəmli alimi və ictimai xadimi professor Rafiq Əliyevin 60 illiyinə həsr olunmuş elmi sessiya. Bakı ş., 10 dekabr 2002.
“İbtidai təhsilin problemləri” dəyirmi masa. Bakı ş., 9 yanvar 2003.
Gənc yazıçı Ramiz Qasımovun “Əsrləri qabaqlamış alim Nəsirəddin Tusi” əsərinin təqdimat mərasimi. Bakı ş., 19 mart 15 yanvar 2003.
“Təhsil haqqında qnun lahiyəsinin müzakirəsi” dəyirmi masa. Bakı ş., 15 yanvar 2003.
“Terminologiyamızın vəziyyəti” dəyirmi masa. Bakı ş., 2003
“Təhsil Problemləri İnstitutunu necə görürsünüz?” dəyirmi masa. Bakı ş., 29.03.2003.
“Orta ümumtəhsil məktəblərinin V-XI siniflər üçün ədəbiyyat proqramının müzakirəsi” dəyirmi masa. Bakı ş., 19 aprel 2003.
“Təhsil sistemində kadrların seçilib yerləşdirilməsi” dəyirmi masa. Bakı ş., aprel 2003.
“Azərbaycan tarixi və irs problemləri” elmi konfrans. Bakı ş., 20 may 2003.
“Milli-mədəni irsə münasibət milli varlığımızın meyarıdır” dəyirmi masa. Bakı ş., noyabr 2003.
“Müasir dövrdə təhsil sisteminin inkişafında yeni yaranmış və baxışlarının təşəkkürü və əhəmiyyəti” dəyirmə masa. Bakı ş., 19 dekabr 2003.
“Orta məktəbin fizika dərslikləri” dəyirmi masa. Bakı ş., 14 fevral 2004.
“Təhsil sahəsində işləyən KİV nümayəndələrinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi”. Bakı ş., 2004-2005.
“Azərbaycanda ömürboyu təhsil və yaşlıların təhsil” ideyalarının yayılması və təbliği”. Bakı ş., aprel-iyul 2005.
“Jurnalistlərin təhsil sahəsində təcrübi vərdişlərə yiyələnməsi”. Bakı ş., 2005-2006.
8.Cəmiyyətdə onlarla dərsliklər, dərs vəsaitləri, elmi kitablar və s. müzakirə edilmiş və nəşr olunmağa tövsiyə edilmişdir.
9.”Təhsil” Cəmiyyəti Milli Qeyri Hökümət Təşkilatları Forumunun “Elm, təhsil, tədqiqat” bölməsinin koordinatorudur.
10.”Təhsil” Cəmiyyəti Birləşmiş Millətlər Təşkilatı nəzdində olan Qeyri Hökümət Təşkilatının üzvüdür.
“Təhsil” Cəmiyyətinin gördüyü işlərlə daha ətraflı www.tahsil.org saytında tanış olmaq olar.
“Təhsil” Cəmiyyəti bu günədək 8 lahiyəni uğula həyata keçirib. Onlardan üçü Evrasiya Fondu, ikisi Açıq Cəmiyyət İnstitutu, biri Yaponiya səfirliyi, biri Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökməti Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən verilmişdir.
“Təhsil” Cəmiyyəti fəaliyyət göstərdiyi 20 ildə çox mühim işləri müvəffəqiyyətlə həyata keçirib. Beləki, “Təhsil” Cəmiyyətində onlarla aktual mövzular ətrafında keçirilən tədbirlər haqqında müxtəlif yazılar vardır. Maraqlı cəhət odur ki, bu 20 ildə, yəni 1991-ci ildən, bu günə Bakı Cəmiyyətinə gəlmiş bütün İcra Başçılarına “Təhsil” Cəmiyyəti üçün 100-150 kv.m mənzil sahəsi ayrılması ilə əlaqədar müraciətlər olsa da, lakin bunların heç biri fayda verməyib. O cümlədən qeyd edim ki, səlahiyyət İqtisadi İnkişaf Nazirliyində olanda həmin nazirliyə, səlahiyyət Əmlak Komitəsində olanda həmin komitəyə müraciət etsəkdə bir nəticə verməyib. Aidiyyatı orqanların ən yaxşı cavabları bu olub ki, “siz gedin özünüzə yer tapın, razılığını alın. Biz də etiraz etmərik”. Maraqlı cəhət odur ki, 20 ildə bizim “Təhsil” Cəmiyyətinə hələ də mənzil sahəsi ayrılmayıb. Halbuki, məlumdur ki, təhsil cəmiyyətin gərəkli sahəsidir.
İnanırıq ki, təməli pak, təmiz əqidəyə xidmt edərək, xalqımızın maariflənməsində 20 il ərzində böyük xidmətləri olan “Təhsil” Cəmiyyətinə gələcəkdə münasibət yaxşılığa doğru dəyişiləcək, ən əsası bizim əhatəmizdəki bütün problemlər xeyirxah insanların köməyi sayəsində həllini tapa biləcək.