Peşə rəhbəri
20/03/2022Türkiyədə Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə beynəlxalq simpozium keçirilir
02/06/2022Layihə təklifi
LAYİHƏNİN ADI
Uşaq evləri və internat məktəblərindən ayrılan gənclərin peşə bacarıqlarının artırılması və işlə təmin olunmasına dəstəyin göstərilməsi
Layihənin ideyası və qısa məzmunu
Layihənin ideyası internat və uşaq evlərindən məzun olmuş və olacaq gənclərin işlə təmin olunmasına yardım edilməsi və bunun üçün davamlı mexanizmin qurulmasıdır. Bunun üçün seçilmiş məktəblərdə müəyyən qrup gənclərə bəzi peşə bacarıqlarının artırılması və ixtisas təlimlərinin keçirilməsi nəzərdə tutulub. Təlimlər bitdikdən sonra isə onların işlə təmin olunması üçün aktiv tədbirlər görüləcək.
Mövzunun ictimai əhəmiyyəti və aktuallığı
2021/2022-ci tədris ilində Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərilən 12 internat məktəbində 4971 nəfər, 16 inteqrasiya təlimli təhsil müəssisələrində 6333 nəfər, 8 təmayüllü internat tipli təhsil müəssələrində 4439 nəfər şagird təhsil almışdır. Hər il bu internat və uşaq evlərindən 17-18 yaş arası təqribən 300-400 nəfər məzun olur. Bu gənclərin məşğulluq probleminin həll edilməsi onların cəmiyyətə sağlam inteqrasiyasının əsas tərkib hissəsidir. Bu gənclərin məşğulluq problemi ilə üzləşməsi ümumən cəmiyyətimizdə dərin fəsadlar yarada bilər. Belə ki,
- Bu gənclərin əmək fəaliyyəti tam təmin edilmədiyindən onların real iqtisadiyyata təsirləri azalır və əlavə əmək qabiliyyətli işsiz kütlə formalaşır;
- Bu gənclər cəmiyyətə sağlam formada inteqrasiya edə bilmədiyi üçün internat evini tərk etdikdən sonra da təcrid olunma, diskriminasiya və digər mənfi sosial-psixoloji durumlarla rastlaşırlar;
- Nəzarətsiz şəkildə və aşağı sosial-iqtisadi güclə təmin olunan bu gənclər cəmiyyətə mənfi şəkildə eləcə də insan alveri, oğurluq və digər cinayətkarlıq hallarının artımına təsir edə bilir. Hüquq müdafiəçilərinin araşdırmalarına görə, küçə uşaqlarının 96 faizinin yaş həddi 11-17 yaş arasındadır.
Bu səbəblərə görə Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.4-cü bəndinin (Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi) 6.4.6 alt bəndi məhz internat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna kömək göstərilməsi məqsədi güdürdü. Təqdim etdiyimiz layihə bu proqramın hədəflərinə çatmasına dəstək olmaqla bu gənclərin sağlam şəkildə inteqrasiyasına töhvə verəcək, onların sosial-iqtisadi problemlərinin həll edilməsinə töhvə verəcəkdir.
Layihənin məqsədi və qarşıya qoyulan vəzifələr
Layihənin məqsədi seçilmiş internat və uşaq evlərindən məzun olmuş və ya olacaq (15-18 yaş) gənclərin işlə təmin olunmasına nail olmaqdır. Layihənin uzun-müddətli məqsədlərindən biri bu qrup gənclərin iş axtarma və təmin olunma prosesini asanlaşdırmaq üçün Cəmiyyətin nəzdində koordinasiya mərkəzinin yaradılmasıdır.
Belə ki, layihə çərçivəsində kordinasiya qrupu yaradılacaq ki, bu qrup biznes qurumları, təlim mərkəzi və uşaq evləri ilə paralel iş görəcək. Nəticədə hədəfə alınmış gənclər qrupunun ehtiyacları təyin olunacaq. Onlara qarşıdakı aylar ərzində təlimlərin verilməsi (bura mühasibat kursları, kompüter kursları, operatorluq kimi ixtisas təlimləri) təmin ediləcək, müxtəlif peşələr üzrə (saç kəsimi, ayaqqabı ustası, dərzilik) təcrübə keçmə imkanlarının yaradılmasına çalışılacaqdır. Sonda işlə təmin olunmalarına çalışılacaqdır.
Eyni zamanda biznes qurumları və təlim mərkəzləri ilə danışıqlar aparılacaq və nəticədə əməkdaşlıq sahələrini, əlaqə informasiyasını əhatə edən məlumat bazası ilə şəbəkəmiz təmin olunacaqdır. Hədəf təlim və biznes mərkəzlərinin gənclərin qabiliyyət və ehtiyaclarına uyğun olaraq təlimləndirilməsində iştirak etməsidir. Bu mərhələdə təlimlər uşaq evləri və internatların özlərində, eləcə də biznes və təlim mərkəzlərində verilə bilər. Təlimlər spesifik peşə ilə bağlı (tikiş və ya mühasibat və s.), eləcə də ümumi karyera inkişafı ilə bağlı (əmək hüququ, karyera inkişaf planı, işi necə axtarmalı, CV hazırlama metodları və s. ola bilər.) olacaqdır. Yaradılan koordinasiya mərkəzinin əsas vəzifəsi bu strukturlar arasında vasitəçi kimi çıxış etmək olacaqdır.
Görüləcək işlər
Layihənin həyata keçirilməsində görüləcək işlər:
- Şirkət və təlim mərkəzlərinin cəlb edilməsi. Müxtəlif sahələr üzrə ixtisaslaşmış, peşə bacarığını artıra bilən, həmçinin iş etikası, kompüter və dil bilgiləri verə biləcək şirkət və təlim mərkəzlərinin aktiv iştirakını təmin etmək. Bu layihədə maraqlı olan şirkət və təlim mərkəzləri ilə layihə çərçivəsində görüşüləcəkdir.
- Uşaq evlərindəki gənclərin ehtiyaclarının təsbiti və yönləndirilməsi. Keçiriləcək təlimlərin hansı istiqamətdə olacağını, gənclərin potensialının dəqiq müəyyənləşdirilməsi üçün uşaq evlərindəki gənclərin anket və üzbəüz söhbət nəticəsində gənclərin mövcud bilik və bacarıqları müəyyənləşdiriləcəkdir.
- Bunlar arasında iş rejiminin qurulması, uşaq evlərindəki gənclərin ehtiyaclarının təsbiti və yönləndirilməsi. Layihdə iştirak edəcək şirkət və təlim mərkəzlərin siyahısı dəqiq müəyyənləşdirildikdən sonra onların konkret iş, məsuliyyət və imkanları dəyərləndirilərək onların layihə müddətində iş rejimi qurulacaqdır. Bu müddət ərzində də uşaq evlərindəki gənclərin ehtiyacları müəyyənləşdiriləcəkdir və bu ehtiyaclara yönəlik müəyyənləşdirilmiş iş və təlim mərkəzləri arasında koordinasiya sistemi qurulacaqdır.
- Təlimləndirmə. Gənclərin ehtiyacları müəyyən edildikdən sonra bu ehtiyaclara yönəlik təlim mərkəzləri tərəfindən həftədə 2 dəfə 3 ay boyunca müxtəlif peşə bacarıqları, kompüter və dil bacarıqlarının artırılmasına yönəlik təlimlər həyata keçiriləcəkdir. Təlimlər vasitəsilə gənclər həmçinin cv yazılma qaydaları və digər önəmli iş axtarma metodları barədə məlumatlana biləcəklər.
- İlkin işlə təminat.
Müxtəlif peşə və biliklərə yiyələnmiş gənclər uyğun şirkətlərdə işlə təmin olunma imkanı əldə edə biləcəklər.
Layihənin iştirakçıları və faydalananlar (iştirakçıların sayı, cinsi və yaş qrupunu qeyd edin)
Layihənin hədəf qrupu və faydalananları Bakı şəhəri 2 ve 3 sayli uşaqlar evinin 15-18 yaş arası 10 şagird (5-i qız, 5-i oğlan) olacaqdır.
Layihənin həyata keçiriləcəyi ərazi və onun seçilmə səbəbi (ölkə, şəhər, rayon, qəsəbə və kənd)
Bakı şəhəri, Suraxanı və Əhmədli qəsəbələri, 2 və 3 saylı uşaq evləri. Bu uşaq evləri bir-birinə çox yaxın yerləşdiyi üçün bu uşaq evləri seçilib. Bundan əlavə bu uşaq evlərində məzun olacaq gənclərin sayları nisbətən daha çoxdur.
Layihənin icra müddəti (ay) və məbləği
Layihənin Başlama tarixi : 15 Fevral 2022
Layihənin Bitmə Tarixi : 20 May 2022
Ümumi Büdcə: 8500 AZN
Gözlənilən nəticələr, onların qiymətləndirilmə meyarları və layihənin davamlılığı
Layihənin gözlənilən nəticəsi kimi:
- layihəyə cəlb edilmiş gənclərin hamısının işlə təmin etmək;
- layihəyə cəlb edilmiş gənclərin cəmiyyətə inteqrasiyasının sürətləndirmək;
- gənclərin maddi vəziyyətlərinin yaxşılaşdırmaq;
- gənclərin CV hazırlamaq və iş axtarma alətlərindən səmərəli istifadəsinə nail olmaq;
- gənclərin məşğulluq probleminin koordinasiya edilməsi üçün məşğulluq mərkəzinin qurulmasına nail olmaq.
Nəticələrin qiymətləndirilməsi konkret göstərici və parametrlərə əsaslanacaq:
- işlə təmin olunma sayısı;
- layihədən sonra iştirak etdikləri tədbir və hadisələrin sayı;
- işlə təmin olunduqdan sonra aldıqları maaş və ya qonararlar;
- gənclərə hazırlanan CV-lərin sayı, müraciət etdikləri iş yerlərinin sayı, müsahiblərin sayı;
- Koordinasiya mərkəzinin məlumat bazasında verilənlərin sayı.
Layihənin davamlığının təmin olunması məqsədi ilə Təhsil Cəmiyyətinin nəzdində koordinasiya mərkəzi yaradılması nəzərdə tutulur. Təşkilatımız tərəfindən isə layihədən 1 il sonrakı dövrdə istiqamətləndirmə və təlim xidmətləri maraqlı təşkilat və şirkətlərin dəstəyi ilə davam etdiriləcəkdir. Habelə, layihədə maraqlı olan yerli və beynəlxalq qurumlar tərəfindən layihənin davamlığının təmin edilməsi üçün danışıqlar aparılacaqdır.
Həmçinin, layihənin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, layihə ilk əvvəl Bakı şəhərində həyata keçirildikdən sonra yaxın regionlara da genişləndirilməsi planlaşdırılır.
Sahə üzrə əməkdaşlıq edəcəyiniz qurumlar (dövlət, bələdiyyə, biznes qurumları və s.)
PM Akademiya Psixoloji xidmət və inkişaf mərkəzi
Beynəlxalq Təlim və Layihələndirmə Mərkəzi
İNNAB
İnsan Resursları Assosasiyası
BLG Contruction
GLStudio
Akademi Qrup
İnformasiya dəstəyi: Tələbə.az saytı