İnsan kapitalının qiymətləndirilməsi
02/06/2022I Milli Təhsil Zirvəsi
29/05/2024Təhsil Cəmiyyətinə üzvlük
V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər..
5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.
5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.
5.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
5.5. Birliyə daxil olmaq üçün İdarə Heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvemə nəticəsində İdarə Heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:
- bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
- Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və ya həmin orqanlarda təmsil olunmaq;
- Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
- Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;
- öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
- onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
5.7. Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
- Birliyin Nizamnaməsinə əməl etmək;
- Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
- Nizamnamə tələblərinə riayət etmək;
- Birliyin tədbirlərində iştirak etmək.
5.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.
5.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
- könüllü olaraq Birliyin üzvlüyündən çıxdıqda;
- Birliyin üzvlüyündən çıxarıldıqda.
5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
- Birliyin adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
- mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
- Nizamnamə məqsədlərinə zidd hərəkət etdikdə.
5.12. Üzvlükdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilə bilər.
5.14. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.
Birliyin İdarə Heyətinin 12/06/2024-cü il tarixli, 0024/001 nömrəli qərarına əsasən üzvlük haqqı illik 24 AZN müəyyən edilmişdir.
Qeydiyyat linki: https://forms.gle/K8KHPQv3Cz8Zs5kV8