Tələbə kreditləri
07/03/20221 Dekabr – Müəllimlərin Beynəlxalq Seminarı
20/03/2022Qəzetimizin ötən saylarında Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun dəstəyi ilə həyata keçirdiyi o “Azərbaycan ömür boyu təhsil və yaşlıların təhsili ideyalarının yayılması və təbliği” layihəsi haqqında geniş məlumat vermiş və həmin layihə çərçivəsində keçirilən seminar-müzakirələr barədə ətraflı söhbət açmışdıq. İyunun 4-də və 11-də keçirilən V və VI seminar-müzakirələrdən sonra isə layihə başa catdı. Ənənəmizə sadiq qalaraq sonuncu seminarlarda səslənən rəy və təklifləri də oxucularımıza təqdim edirik.
İyunun 4-də keçirilən beşinci seminarı “Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri Nuğay Əliyev giriş sözü ilə açdıqdan sonra pedaqoji elmlər doktoru Ziyəddin Orucov və tanınmış sosioloq Əhməd Qəşəmoğlu “Yaşlıların təhsilinin təşkilati bazası və idarəetmə sistemi” mövzusunda geniş məruzə ilə çıxış etdilər. Onların çıxışından bəzi məqamları təqdim edirik:
Yaşlıların təhsilinin təşkilati bazası və idarəetmə sistemi
“Yaşlıların təhsili sistemi” anlayışını başa düşmək üçün “sistem” anlayışına bir qədər dərindən baxmaq lazımdır. Müxtəlif ədəbiyyatlarda “sistem” anlayışına verilən təriflər eyniyyət təşkil etmir. V.N.Sadovskinin monoqrafiyasında “sistem” anlayışı təhlil edilmiş və məlum olmuşdi ki, bunun mahiyyəti 34 cür müəyyən edilmişdir. Məsələn, birinci təyin olunma Vebsterin lüğətindən misal gətirilmişdir: “Sistem bir qayda olaraq çoxlu sayda müxtəlif amillərdən təşkil edilmiş ümumi məqsədə çatmaq üçün mürəkkəb bütövlükdür”. Bir qədər bu anlayışı sadə şəkildə belə ifadə etmək olar: “Sistem, bir-biri ilə sıx əlaqəli ayrı-ayrı hissələrdən-komponentlərdən təşkil olunmuş bütövlük,tamlıq kimi başa düşülür”.
Yaşlıların təhsili sistemi dedikdə nə başa düşülür? Yaşlıların təhsili sistemi fasiləsiz təhsilin tərkib hissəsi olub müstəqil həyat mərhələsində zəruri peşə səviyyəsinin artırılmasında və şəxsiyyətin inkişafında vətəndaşların bilik və bacarıqlara olan tələbatlarının yerinə yetirilməsidir.
Yaşlıların təhsili sistemi bir sıra qarşılıqı təsirdə olan komponentləri özündə birləşdirir: yaşlıların müxtəlif səviyyədə (milli, regional və yerli) təhsilinin idarə orqanlarının; yaşlı əhalinin müxtəlif səviyyədə (milli, regional və yerli) təhsilinin idarə orqanlarını; yaşlı əhalinin müxtəlif koteqoriyalarının ehtiyaclarını və maraqlarını nəzərə alan təhsil proqramlarını; yaşlılar üçün təhsilvermə və mədəni-maarifləndirmə idarələri yaxud müəssisələrini; elmi-tədqiqat mərkəzləri və s. YT-nin sistemtəşkiledici amili vətəndaşların təhsil almağa olan ehtiyacı ilə şərtlənir.
Şəxsiyyətin müxtəlif təhsilə olan ehtiyacları differensiallaşmış təhsil xidmətinin yaradılması zərurətini, onların təşkilatını, cəmiyyətin sosial-iqtisadi və sosial mədəni inkişaf nəzərə alınmaqla təhlili və qiymətləndirilməsini ortaya çıxarır. YT sosial instiutlardan biri kimi sistemin ümumi əlamətlərini – məqsəd, əsas funksiyaları, struturu, yaşlıların təhsili müəssisələri şəbəkəsini, idarəetmə orqanını, proqramları, nəticəni, sistemin idarəolunmasını, sosial sorğu və ehtiyacları özündə birləşdirir. Ümumiyyətlə, YT sistemini belə ifadə etmək olar: YT sistemi elə bir təhsil xidmətidir ki, onların tələbatına cavab verən müxtəlif təhsil proqramları əsasında sosial-iqtisadi şərtlərə uyğun təhsil müəssisələrinin fəaliyyəti ilə yaşlı nəslin bütün təhsil ehtiyacları ödənilsin.
YT sistemi öz mahiyyətinə görə andraqoqların böyük şagirdlərlə birgə fəaliyyətidir. Bu, insanın cəmiyyətdəki dəyişikliyə adaptasiya etməsində çevik və dinamik prosesdir. YT-də əsas şərlərdən biri onon keyfiyyətinin təmin edilməsidir. Bu, həm də “sifarişçinin” Yt-yə aid müəyyən etdiyi məzmun və səviyyə ilə əlaqəlidir. Sifarişçi müxtəlif olur. Məsələn, dovlət, onun hökumət strukturları, sahibkarlıq, işsizlər, müəssisələr və s. ola bilər.
XX əsrin sonunda – sosial dəyişikliklər dövründə Yaşlıların təhsili
50-ci illərdən sonra yaşlıların təhsili öz forma, növü və təhsil səviyyəsinə görə kifəyət qədər müxtəlif olmuşdur. Əsas baza təhsili axşam və qiyabi məktəblərdə, Texniki Peşə Məktəblərində, texnikum və ali məktəblərdə həyata keşirilmişdir. Yaşlıların peşə hazırlığı və yenidəön hazırlanması əsas etibarı ilə tədris-kurs kombinatlarında, sənaye müəssisələrində, texniki təlim şöbələrində həyata keçirilmişdir. Eyni zamanda YT çoxlu sayda ali məktəbdə, texnikumlarda, ixtisasartırma kurslarında, yenidən-hazırlanma fakültələrində həyata keçirilir. Bunlardan başqa ümumi mədəni təhsil mədəniyyət evlərində, xalq universitetlərində, “Bilik” cəmiyyəti tərəfindən keçirələn mühazirələrdə və s. öz əksini tapmışdır.
70-80-ci illərdə idarə və təşkilatlarda iqtisadi təhsil-təlim fəhlə, qulluqçu, elmi işçilərlə mühazirə formasında həyata keçirilmişdir. Ölkədə yeni iqtisadi-siyasi sistemə keçilməsi yaşlıların təhsili sahəsində situasiyanı kəskin surətdə dəyişdi. Az bir müddətdə indiyədək yaranmış sistemi dağıtdı, çoxlu ixtisarlar aparıldı və yeni müstəqil fəaliyyət göstərən təhsil müəssisələri yarandı. Azərbaycan yaşlıların təhsil aldığı axşam məktəbləri ixtisar edildi. Bəzi ali məktəblərdə ümumiyyələ, axşam şöbələri ləğv olundu.
Ən neqativ hallar isə bir çox müəssisələrin tam gücü ilə işləməməsindən, yaxud bağlamasından istehsalatda yaşlıların peşə hazırlıqlarının, yaxud yenidən hazırlanmasının ümumiyyətlə, dayandırılması ilə nəticələndi. Müəssisələrdə fəaliyyətdə göstərən təhsil-istehsalat kombinatları elektrik enerjisi, qaz, su haqlarının ödənilməsi, vergi verilməsi və s. xərclərin öhdəsindən gələ bilmədiyindən birdəfəlik bağlandı. Ən acınacaqlı hal odur ki, fəaliyyətdə olan müəssisələrin özündə belə işçilərin ixtisaslarının artırılması və yaxud yenidən hazırlanmasına üstünlük verilməsi əvəzinə yeni sex və avadanlıqlarda işləməyi bacaran işçilər axtarılır və işə qəbul edilir.
Hazırda Azərvaycanda təxminən yarım milyon işsiz var. Bunların müəyyən hissəsi toxuculuq, trikotaj, ayaqqabı, tikiş, radioelektrotexnika, nəqliyyat, məişət texnikası və s. sənaye sahəsində çalışanlar, əsgərlikdən ehtiyata buraxılanlar, peşə məktəblərini, orta ixtisas və ali məktəbləri bitirənlər çoxlu sayda qçqınlardan ibarətdir.
Əmək bazarındakı situasiya isə dinamik olmaqla həm də yeni peşələr və iş yerlərinin yaranması ilə bağlı iş iddiaçılardan yüksək ixtisas, peşəkarlıq tələb edir. Bu məsələnin həlli də göründüyü kimi iş yerlərini itirənlərin, yaxud qaçqın və işsizlərin yenidən öyrədilməsi, onların təhsilə cəlb edilməsi ilə bağlıdır.
Doğrudur, Bakı şəhər Baş Məşğulluq İdarəsi və onun rayon şöbələri müəyyən təşkilatlarla, tədris müəssisələri ilə müqavilə əsasında işsiz, yaşlı əhalinin müəyyən peşələr üzrə yenidən hazırlanmasını iki həftədən bir neçə ay müddətinədək təşkil edir. Lakin heç də həmişə bunların hamısı işlə təmin edilə bilmir.
YT-nin idare edilmə sisteminin konseptual əsasları
YT-nin idarə edilməsində əsas prinsiplər bunlardan ibarətdir: